AZ

​Yunanlar türk ulduzu gözümçıxdıya salıblar

Futbol üzrə Türkiyə yığma komandasının üzvü Yusuf Yazıçı şərəfini qoruduğu "Olimpiakos"da problemlə üzləşib.
Metbuat az xəbər verir ki, türk futbolçu Yunanıstan komandası ilə yollarını ayırmağa hazırlaşır.Buna səbəb onun qərəz üzündən əsas heyətə düşə bilməməsidir. Komanda yoldaşları ilə müqayisədə daha yaxşı formada olan 29 yaşlı futbolçu məhsuldar oyunu ilə azarkeşlərin rəğbətini qazana da, 2025-2026 mövsümündə keçirilən 11 oyunun yalnız birində əsas heyətdə meydana çıxa bilib. Xarici media türkiyəli ulduzun qış transfer pəncərəsi dövründə "Olimpiakos"u tərk etmək niyyətində olduğunu yazıb. Menecerinin təcrübəli futbolçu üçün yeni klub axtarışına çıxdığı bildirilir.

Qeyd edək ki, klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan Yusuf Yazıcı bu mövsüm kubok oyunları daxil 15 matçda 538 dəqiqə meydanda olub, 5 qol vurub, 6 məhsuldar ötürmə edib. Yusuf Yazıçının hazırkı bazar dəyəri 4,5 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
17
metbuat.az

1Mənbələr