AZ

Hakim partiyanın deputatı bahalı saatı ilə dilə-ağıza düşdü

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Əskişəhər millət vəkili Nəbi Hatipoğlu taxdığı bahalı saatla müzakirə mövzusuna çevrilib.

“Yeni Sabah” xəbər verir ki, deputat Əskişəhərdə keçirilən tədbirdə dəyəri 441 min dollar (749 min 700 manat) olan "Richard Mille RM 30" model saat taxıb.

Bundan əvvəl parlamentdə büdcə müzakirələri zamanı o, 214 min dollar dəyərində "Audemars Piguet" markalı saatla gündəmə gəlmişdi. Yeni saatın "ikinci əl" bazar qiyməti 255 min dollardır.

N.Hatipoğlunun AK Parti sıralarına qatıldıqdan sonra ona məxsus şirkətə dövlətdən 50 milyon dollar həcmində vəsait ayrılıb. Şirkətin 2024-cü ildə ödədiyi vergi isə 11 milyon 51 min TL (təxminən 442 min manat) olub.

Nəbi Hatipoğlu son çıxışlarında Əskişəhərin keçmiş Bələdiyyə sədri Yılmaz Büyükerşəni hədəf alaraq “mal varlığı həyatın təbii axınına ziddir” deyib. Bu açıqlama fonunda deputatın özünün lüks saatları ictimaiyyətdə tənqidlərə səbəb olub.

İlahmə Qasımlı


Telegram kanalımız
Seçilən
182
yenisabah.az

1Mənbələr