“Müşfiq Məmmədli (Deputat Müşfiq Məmmədlini nəzərdə tutur - red) şəxsimə qarşı qərəzlidir. Mən ictimai fəalam, dövlətçiliyə xidmət edirəm. Onun Əli Kərimli baradə paylaşımları bəyənməsi məndə ikrah hissi doğurub və bu baradə özümə məxsus “Facebook” profilindən fikir bildirmişəm. Bundan sonra Müşfiq Məmmədli vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Siyəzən rayon polis şöbəsinə qərəzli şəkildə şikayət edib. Bu da az imiş kimi, polisə verdiyi ərizədə məni “psixi xəstə” adlandırır. Halbuki mən II qrup hərbi əliləm... Onun davranışları ölkə başçısının həyata keçirdiyi siyasətə ziddir”.
Bunu Pravda.az-a açıqlamasında deputatlığa keçmiş namizəd Tural Tağızadə Milli Məclisin üzvü Müşfiq Məmmədlinin iddialarına cavab olaraq bildirib.
T.Tağızadə qeyd edib ki, M.Məmmədlinin müraciəti əsasında onun sürücülük vəsiqəsi məhdudlaşdırıb: “Qanunlarımız məmurların, publik hüquqi şəxslərin tənqidə tolerant olmasını vurğulayır. Təəssüflər olsun ki, Müşfiq Məmmədli kimilər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə söz-fikir azadlığını məhdudlaşdırır. Bu da kobud qanun pozuntusudur”.
Deputat Müşfiq Məmmədlinin mövqeyi ilə bu linkdən tanış ola bilərsiniz.