İngiltərənin "Mançester Yunayted" klubu növbəti mövsüm üçün baş məşqçi axtarışlarını sürətləndirib.
Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Rudi Qalettinin yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın namizədlər siyahısında xorvatiyalı mütəxəssis Niko Kovaç da yer alıb.
Hazırda "Borussiya Dortmund"da fəaliyyət göstərən təcrübəli çalıştırıcı ilə daha əvvəl "Çelsi" də maraqlansa da, Kovaç mövsüm ortasında Almaniya klubundan ayrılmağı rədd etmişdi.
İndi isə Mançester təmsilçisinin gələcək planlarında onun adı ön plana çıxır. Kovaçın qərarı yaxın günlərdə bilinəcək.