AZ

NATO dan Trampın hədəsinə CAVAB: 8 ölkə bəyanat yaydı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

NATO ABŞ Prezidenti Donald Trampın “Qrenlandiya tarifləri”nə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya hökuməti birgə bəyanat yayıb.

Belə ki, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Birləşmiş Krallıq Qrenlandiya xalqı ilə həmrəyliklərini ifadə ediblər.

“Tariflərin tətbiqi ilə bağlı təhdidlər transatlantik münasibətləri sarsıdır və bu, vəziyyətin pisləşməsinə səbəb ola bilər. Biz birlikdə və əlaqələndirilmiş formada hərəkət etməyə davam edəcəyik. Suverenliyimizi müdafiə etmək niyyətindəyik”, – deyə sənəddə yazılıb.

Qeyd edək ki, Donald Tramp 17 yanvarda “TruthSocial” sosial şəbəkəsində paylaşım edərək 1 fevrala qədər Qrenlandiyanın ilhaqına qarşı çıxan Avropa ölkələrinə 10% tarif tətbiq edəcəyinə  söz verib.

Bu ölkələrə Danimarka, Birləşmiş Krallıq, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveç daxildir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
globalinfo.az

2Mənbələr