AZ

Azərbaycan səyahət üçün ən təhlükəsiz ölkələr siyahısındadır –World Travel Index

Azərbaycan səyahət üçün ən təhlükəsiz ölkələr sırasında yer alıb.

World Travel Index tərəfindən açıqlanan reytinq siyahısında Azərbaycana da yer verilib. Reytinq cədvəli dünya üzrə səyahət təhlükəsizliyi baxımından ən yüksək göstəricilərə malik ölkələri əhatə edir.

Qiymətləndirməyə əsasən, Azərbaycan 193 ölkə arasında 41-ci pillədə qərarlaşıb və turistlər üçün təhlükəsiz istiqamətlərdən biri kimi göstərilib.

Seçilən
193
3
azpost.info

4Mənbələr