AZ

Yarım il klubsuz qaldı, karyerasını başa vurdu

Mamadu Sako karyerasını başa vurub. Bu barədə 35 yaşlı futbolçu özü açıqlama yayıb.
Fransa yığmasının sabiq müdafiəçisi sosial şəbəkə hesabına “hər kəsə təşəkkür edirəm. Karyeramı başa vurduğumu çoxdan rəsmən elan etmək istəyirdim. PSJ-yə minnətdaram. PSJ olmasaydı, futbolçu həyatımda belə gözəl anlar yaşamazdım” cümlələrini yazıb.
Sako ötən ilin iyulundan klubsuz qalmışdı. Onun sonuncu komandası “Torpedo Kutaisi” olub. Mamadu karyerasına PSJ-nin gənclərdən ibarət komandalarında başlayıb və 2007-ci ildən 2013-cü ilə qədər paytaxt klubunda oynayıb. PSJ-də 201 matç keçirib və Liqa 1 tarixinə ən gənc kapitan kimi düşüb. Maraq üçün Sakonun Fransa çempionatında 2007-ci ilin oktyabrında 17 yaş 8 aylığında debüt etdiyini də bildirək. Müdafiəçi PSJ-dən ayrılandan sonra “Liverpul” və “Kristal Pelas”da oynayıb, 2021-ci ildə isə “Monpelye”yə keçib. Onun Fransa yığmasında 29 oyun keçirdiyini də xatırladaq.

Seçilən
32
3
football-plus.az

4Mənbələr