AZ

Aİ səfirləri Brüsseldə təcili toplantı keçirəcək

BAKI, 18 yanvar. TELEQRAF

Avropa İttifaqına üzv ölkələrin səfirləri ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və yeni gömrük rüsumları təhdidləri fonunda yanvarın 18-də Brüsseldə təcili iclasa çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, iclasda Qrenlandiya məsələsi və Trampın Avropa ölkələrinə qarşı 10 faizlik gömrük rüsumları tətbiq edilməsi ilə bağlı bəyanatları müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Qrenlandiya ilə bağlı mövqeyinə görə bir sıra Avropa ölkələrinə qarşı 10 faiz həcmində rüsumların tətbiq ediləcəyini açıqlamışdı.

Seçilən
67
teleqraf.com

1Mənbələr