AZ

"Bavariya"dan darmadağın, "Borussiya"danqələbə

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında 18-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 6 matç keçirilib.

Dortmund "Borussiya"sı evdə "Sankt Pauli"yə qalib gəlib. "Bayer" "Hoffenhaym"a uduzub. "Bavariya" isə "Leyptsiq"i darmadağın edib. 

Hazırda turnir cədvəlinə 50 xalla "Bavariya" (18 oyuna) liderlik edir. Dortmund "Borussiya"sı 39 xalla (18 matça) 2-ci, "Hoffenhaym" isə 33 xalla (17 oyuna) 3-cüdür.

Almaniya Bundesliqası, 18-ci tur

17 yanvar

"Borussiya" (Dortmund) – "Sankt Pauli" - 3:2

Qollar: Brandt, 45+1. Adeyemi, 54. E.Can, 90+6-pen – Sands, 62. R.Cons, 72.

"Köln" – "Maynts" - 2:1

Qollar: Açe, 57; 85 – Bell, 29.

"Hamburq" – "Borussiya" (Münhenqladbax) 0:0

"Hoffenhaym" – "Bayer" - 1:0

Qol: Burger, 9.

"Volfsburq" – "Haydenhaym" - 1:1

Qollar: Yens, 80 – Bek, 45+1.

"Leyptsiq" – "Bavariya" - 1:5

Qollar: R.Kardozo, 20 – Qnabri, 50. H.Keyn, 67. C.Ta, 83. Pavloviç, 83. Olise, 88.

Seçilən
104
1
teleqraf.com

2Mənbələr