AZ

Danimarka xarici işlər naziri: Trampın tarif təhdidləri gözlənilməz oldu

BAKI, 17 yanvar. TELEQRAF

ABŞ-nin Qrenlandiyadakı vəziyyətlə bağlı Avropa ölkələrinə qarşı tariflər tətbiq etməsi gözlənilməz oldu.

Teleqraf xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bildirib. Onun sözlərinə görə, Avropa hərbi heyəti adaya Arktikada təhlükəsizliyi yaxşılaşdırmaq üçün göndərilib.

ABŞ-nin tariflərinə toxunan nazir "Biz bu məsələ ilə bağlı Avropa Komissiyası və digər tərəfdaşlarla sıx əlaqə saxlayırıq" deyə, bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi. ABŞ lideri bu ölkələrin adaya qüvvələrini yerləşdirməyə başlamasından qəzəbləndiyini bildirib.

Ağ Ev bu gün Danimarka, İsveç, Norveç , Böyük Britaniya, Almaniya , Fransa , Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib. Bu tarif sonradan 25%-ə qədər artırıla bilər və Vaşinqton tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılaşma bağlanana qədər qüvvədə qalacaq.

Seçilən
86
teleqraf.com

1Mənbələr