ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunan "Geyzer" müasir incəsənət sərgisində iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Neft mövzusu Azərbaycanın tarixində xüsusi yer tutur. Festival Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunub. 9 rəssamın əsərlərindən təşkil edilən ekspozisiya neft bumu ilə bağlı tarixi mərhələyə müasir sənət dili ilə fərqli baxışdır", - deyə paylaşımda bildirilib.
https://www.instagram.com/p/DTnxsk0iBWt/?utm_source=ig_web_copy_link
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.