Beynəlxalq Atom Enerjisi Agentliyi Rusiya və Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəsə razılıq verdiyini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, atəşkəs vasitəsilə yanvarın 2-də endirilmiş zərbə nəticəsində zədələnmiş ehtiyat elektrik xəttinin təmiri planlaşdırılır.
Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov bildirib ki, "təmir işləri müddətində lokal atəşkəs barədə razılıq əldə edilib".
Elvin
Ölkə.az