AZ

“Ayntraxt”ın son dəqiqə mərəzi: əvvəl buraxırdılar, indi vururlar! Bakıya yeni “Bayer 04” gəlir?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Futbolun da bəzi yazılmamış qaydaları, qanunauyğunluqları, tendensiyaları var. Məsələn, əminəm ki, Yuri Vernidub “Piramids”lə oyundan sonra futbolçularını, konkret Cordan Rezabalanı danlayıb ki, qapının önündə topla elə ehtiyatsız davranmaq, rəqibin qol vurmasına şərait yaratmaq olmaz. Amma nə olsun?! “Çenqdu Ronqçenq”lə oyunda Emil Balayev həmin səhvi təkrarladı və təbii ki, yenə də “ağ-qaralar”ın qapısına qol vuruldu.Söz tendensiyadan düşmüşkən, “Ayntraxt”dan danışacam. Təəccüblənəcəksiz ki, “Neftçi” hara, “Ayntraxt” hara? Sözümün canı var. “Ayntraxt”ın bütün son oyunları son dəqiqə qolları ilə müşayiət olunur. Baxın: Dortmund “Borussiya”sı ilə oyunda qələbəni 90+6-cı dəqiqədə buraxılan qolla əldən verdilər, “Ştutqart”la oyunda 87-ci dəqiqədə qol buraxdılar və heç-heçə əldən getdi. “Verder”lə dünən keçirilən oyunda isə Knauffun 90+5-ci dəqiqədə vurduğu qolla bir xal qazandılar – 3:3. Bir qədər əvvəl “sözümün canı var” deyirdim e, bax, o can budu! Adamlar bütün oyunlarda son dəqiqəyə qədər oynayır – ya qol vururlar, ya da buraxırlar. Yaxşı olar ki, Bakıda ikinci variantı görək. Əslində günlərdi “Qarabağ”a bu yöndə ciddi xəbərdarlıq etməyimizin də bir mənası yoxdu. Axı ortada “Bayer-04”lə oyunların acı təcrübəsi var. Bu komanda ilə hər iki oyunda 2:0 öndə olub, sonra mərhələni əldən verən Qurban Qurbanov Almaniya komandalarının son dəqiqə əzazilliyini öz üzərində hiss edib. Necə deyərlər, başına gələn başmaqçı olar. Önə çıxdınsa, bacardıqca çox qol vur, geri çəkildinsə, 90+5 də təhlükəlidi.ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
125
1
icma.az

2Mənbələr