AZ

Aİ ölkələrində miqrasiya siyasətinin sərtləşdirilməsi çağırışları güclənir

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələrdə mühafizəkar siyasi dairələrmiqrasiya siyasətinin sərtləşdirilməsini tələb edirlər.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, son aylarda mənşəyi və gəliş tarixi bəlli olmayanmiqrantların daha fəal deportasiyası çağırışları gündəmə gəlib.Konservativ siyasətçilər mövcud mexanizmlərin qeyri-qanunimiqrasiyanın qarşısını almaqda yetərsiz olduğunu bildirirlər.

Aİ paytaxtlarında keçirilən debatlarda sığınacaq prosedurlarınınsürətləndirilməsi, sənədsiz miqrantların identifikasiyasınıntəkmilləşdirilməsi və geri qaytarma razılaşmalarınıngenişləndirilməsi təklif olunur.

Tənqidçilər isə kütləvi deportasiyaların humanitar öhdəliklərəzidd ola biləcəyini vurğulayırlar.

Avropa Komissiyası təhlükəsizliklə humanitar məsuliyyət arasındabalansın qorunmasının vacibliyini qeyd edir. Müzakirələrin Aİsəviyyəsində yeni təşəbbüslərlə nəticələnə biləcəyi bildirilir.

Seçilən
54
2
az.trend.az

4Mənbələr