AZ

20 Yanvar- Ümumxalq Hüzn Günü ilə bağlı hazırlıq işləri aparılır - FOTO

BAKI, 17 yanvar. TELEQRAF

Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 36-ci ildönümü ilə bağlı hazırlıq işləri görülüb.

Teleqraf xəbər verir ki, Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri aparılıb.

Xiyabanda Hüzn günü ilə bağlı kompozisiyalar yaradılıb.

Qeyd edək ki, növbəti həftə 20 Yanvar hadisələrinin 36-ci ildönümü tamam olacaq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

FOTO: Elnur Muxtar

Seçilən
51
2
teleqraf.com

3Mənbələr