AZ

“Onun “Neftçi”dəki dövrü sadəcə fəlakət idi”

style='margin-bottom:10px;'>

Ukraynada Roman Qriqorçukun yenidən Odessa “Çernomorets”inin baş məşqçisi vəzifəsinə qayıtması müzakirə edilir. Bu zaman onun Azərbaycan təmsilçisi “Neftçi”dəki qısa fəaliyyətinə də toxunulub.

QOL.az xəbər verir ki, champion.com.ua saytında dərc olunan yazıda Qriqorçukun Bakı klubundakı dövrü uğursuz adlandırılıb:

“Qriqorçukun Odessadan ayrılması ilə LNZ-yə keçidi arasındakı müddətdə onun Bakı ‘Neftçi’si var idi və bu mərhələ sadəcə fəlakət idi. Doqquz oyun – və bir dənə də olsun qələbə yox! Düzdür, cəmi beş məğlubiyyət var idi, amma belə nəticələri heç bir əcnəbi mütəxəssisə bağışlamazlar. Yerli məşqçi komandani mövsümün sonunda 6-cı yerə çıxardı, Yuri Vernidub isə ‘Neftçi’ni 8-ci pillədən qaldırmaq üçün dəvət olunub”, – deyə məqalədə qeyd olunur.

Xatırladaq ki, Roman Qriqorçuk 2024-cü ilin yayından oktyabr ayınadək “Neftçi”yə rəhbərlik edib və daha sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Seçilən
49
1
teleqraf.com

2Mənbələr