AZ

Almaniya DÇ-2026-nı boykot edə bilər - Qalmaqallı açıqlama

Almaniya parlamentinin (Bundestaq) üzvü, kansler Fridrix Mertsin partiyasından olan Jürgen Hardt səs-küylü açıqlaması ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, o, ölkəsi tərəfindən DÇ-2026-nın boykotunu istisna etməyib.

"Die Welt" siyasətçinin açıqlamasını belə təqdim edib: 

"Turnirdən imtina etmək ABŞ prezident Donald Trampı Qrenlandiya məsələsində ağlını başına gətirməyə məcbur etmək üçün son çarə kimi qəbul edilə bilər".

DÇ-2026 yayda ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundial 11 iyun - 19 iyul aralığında baş tutacaq.

Seçilən
128
1
fanat.az

2Mənbələr