AZ

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub (FOTO)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəfəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycandili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Trend xəbər verir ki, təliminikinci günündə ustad dərslərini tanınmış diktor, Əməkdar artistGülşən Əkbərova, Bakı Dövlət Universitetinin Beynəlxalqjurnalistika və informasiya siyasəti kafedrasının müdiri AynurNəsirova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ninxəbər aparıcısı Mümtaz Xəlilzadə keçibdir.

Gülşən Əkbərova təlimdə 55 illik televiziya fəaliyyəti dövründəəldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb. O, çıxışında efirdilinin məsuliyyətindən, düzgün və səlis nitqin tamaşaçıyatəsirindən geniş bəhs edib.

Təlimdə Azərbaycan dilinin yad təsirlərdən qorunması, buistiqamətdə ziyalıların gördüyü işlər müzakirə olunub. Ulu ÖndərHeydər Əliyevin 1991-ci ildə latın qrafikasına keçidlə bağlıtəşəbbüsü, onun yüksək natiqlik qabiliyyəti və Azərbaycan dilininbeynəlxalq arenada təbliği xüsusi vurğulanıb. Eyni zamanda, UluÖndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycandilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyiməqsədyönlü tədbirlər diqqətə çatdırılıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika vəinformasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova təlimzamanı redaktə prosesində diqqət yetirilməli əsas məqamlar barədəgeniş məlumat verib. O, media mətnlərində sözlərin düzgünyazılışının, cümlələrin sadə, aydın və anlaşıqlı qurulmasınınvacibliyini vurğulayıb, eyni zamanda, yad terminlərdən yerində vəzərurət olduqda istifadə edilməsinin əhəmiyyətindən danışıb.

Tanınmış aparıcı Mümtaz Xəlilzadə isə təlim zamanı nitqintəsiretmə, yönləndirmə və idarəetmə gücündən bəhs edib. O, səsməşqlərinin əhəmiyyətinə, “c–ç” səslərinin tələffüzü ilə bağlıyaranan problemlərin aradan qaldırılması yollarına, düzgünnəfəsalma texnikalarına və nitq zamanı bədən dilinin roluna diqqətçəkib. Eyni zamanda, aparıcılıq sənətində artistizmin işlənməqaydaları və abreviaturaların düzgün tələffüzü məsələlərinə dətoxunub.

Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycandilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinintəşviq edilməsidir.

Teleradio
Teleradio
Teleradio
Teleradio
Teleradio
Məqalədə:
Seçilən
65
14
az.trend.az

10Mənbələr