Bakı. Trend:
2026-cı ilin yanvar ayından etibarən Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) Azərbaycan təbii qazının İtaliya üzərindənAvstriyaya və Almaniyaya ixracına başlayıb. Bu hadisə Avropanın qazbazarının təkamülündə mühüm mərhələni tərənnüm edir.
Bu tədarüklər yalnız Azərbaycan qazının qitədə mövcudluqcoğrafiyasını genişləndirmir, alıcı ölkələrin sayını on altıyaçatdırmır, eyni zamanda enerji resurslarının mənbələrinin vəmarşrutlarının şaxələndirilməsini əhatə edən daha genişstrategiyanın bir hissəsinə çevrilir. Avropa İttifaqının 2027-ciilin sonuna qədər Rusiya qazının idxalından tam imtina etməsi iləbağlı qərarları fonunda yeni tədarük istiqamətləri enerjitəhlükəsizliyinin möhkəmləndirilməsində, tarixi olaraq dominanttədarükçülərdən asılılığın azaldılmasında və geosiyasiqeyri-sabitlikdən qaynaqlanan risklərin minimuma endirilməsindəəsas rol oynayır.
Müstəqil tənzimləyici orqan “E-Control”un dərc etdiyistatistikaya əsasən, 2025-ci ilin oktyabr ayında Avstriyanın qonşuölkələrdən qaz idxalı təxminən 12,3 TV/s təşkil edib ki, bu,2024-cü ilin oktyabrı ilə müqayisədə 10,5% çoxdur, eyni zamandaixrac 65,4% artaraq 6,8 TV/s-a çatıb. Nəticədə xalis idxal əvvəlkiilə nisbətən 21,7% azalaraq 1,52 TV/s təşkil edib. Bu göstəricilərAvstriya bazarında artan aktivliyi, xüsusilə Baumqarten marşrutuüzrə tədarüklərin dayandırılması fonunda Qərbi Avropa marşrutlarıvasitəsilə tədarüklərin gücləndirildiyini əks etdirir . Qazınanbarlara doldurulmasının artması və tədarük həcmlərinin artmasıgöstərir ki, Avstriya bazarın yeni reallıqlarına uğurla uyğunlaşırvə ənənəvi mənbələrin azaldılmasını kompensasiya edir.
İdxalın artması ilə yanaşı, “Gas Connect Austria” 2025-ci ildəöncəki illə müqayisədə xüsusilə qış aylarında, xeyli yüksəkistehlak səviyyələri qeydə alınıb. 2025-ci ilin yanvar-avqustaylarında qaz istehlakı 50,39 TV/s təşkil edib ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur. Pik istehlak fevral vəmart aylarında müşahidə olunub ki, bu dövrdə temperaturuzunmüddətli orta göstəricilərdən bir qədər aşağı olub. Enerjisəmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinininkişafı proqramlarının irəliləməsinə baxmayaraq, bu, təbii qazınölkənin enerji balansında, xüsusilə pik yüklənmə dövrlərində, hələdə ən vacib rol oynadığını göstərir.
Bu dəyişikliklərdə “West Austria Gas Pipeline” (WAG) sistemininfəal istifadəsi kritik rol oynayıb. Baumqarten marşrutu üzrətədarüklər dayandırıldıqdan sonra Avstriya əsasən qərb girişindən-Oberekppeldən öz ehtiyaclarını təmin etməyə başlayıb və Almaniyadantəchizat kəskin artıb: 2025-ci ilin iyul-sentyabr aylarında bumarşrutla 20,47 TV/s qaz daxil olub, halbuki bir il əvvəl bugöstərici yalnız 2,26 TV/s olub. İtaliyadan “Arnoldstein/TAG”beynəlxalq qovşağı vasitəsilə qaz tədarükü də artıb, baxmayaraq ki,nisbətən mülayim səviyyədə qalıb (təxminən 2,8 TV/s).
Bundan əlavə, Avstriya şərq istiqamətində qaz ixracınıəhəmiyyətli dərəcədə artırmışdır. Macarıstanda yerləşənMosonmagyaróvár çıxış nöqtəsi vasitəsilə həyata keçiriləntədarüklər 2024-cü ildə 0,05 Tv/saatdan 2025-ci ilin eyni dövründə7,59 Tv/s yüksəlmişdir. Tranzit fəaliyyətinin artması göstərir ki,Avstriyanın qaz infrastrukturu təkcə daxili tələbatı təmin etmir,eyni zamanda regional enerji sistemində mühüm tranzit halqası kimiçıxış edir.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada vəziyyət də qazbazarının strukturunda baş verən ciddi dəyişiklikləri əks etdirir.Almaniyanın Federal Şəbəkə Agentliyi (Bundesnetzagentur) tərəfindənaçıqlanan ilkin məlumatlara əsasən, 2025-ci ildə qaz idxal axınları1 031 TV/s təşkil etmişdir ki, bu da əvvəlki ilin 864 TV/sgöstəricisi ilə müqayisədə 19,3% artım deməkdir. Tədarükün əsasmənbələri Norveç (44%), Niderland (24%) və Belçika (21%) olmuşdur.Mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünün 106 TV/s çatması(ümumi tədarükün təxminən 10,3%-i) qlobal qaz bazarının Almaniyanınenerji təhlükəsizliyinə artan töhfəsini əks etdirir və mövsümi vəgeosiyasi risklərə qarşı əlavə bufer rolunu oynayır.
2025-ci ildə istehlak strukturunda Almaniya üzrə evtəsərrüfatları və kommersiya sektoru ümumi tələbatın təxminən40%-ni, sənaye sektoru isə qalan 60%-ni təmin etmişdir. Ümumiistehlak həcmi təxminən 864 TV/s olmuşdur ki, bu da 2024-cü ilingöstəricisindən 2,2% yüksəkdir. Belə tendensiyalar iqlimidəyişənliklərə və alternativ enerji mənbələrinin payının artmasınabaxmayaraq, daxili qaz tələbatının dayanıqlığını göstərir.
Bu dinamik dəyişikliklər fonunda Azərbaycan Avropa bazarlarıüçün getdikcə daha əhəmiyyətli və etibarlı qaz tədarükçüsü kimiçıxış edir. 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qazhasil edilmişdir ki, bunun 27,9 milyard kubmetri iri “Şahdəniz”yatağının, 14,1 milyard kubmetri “Azəri–Çıraq–Günəşli” blokunun,1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isəSOCAR-ın payına düşmüşdür. Ümumi ixrac 25,2 milyard kubmetr təşkiletmişdir ki, bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyardkubmetri Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetri TANAPvasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyardkubmetri Suriyaya göndərilmişdir. Cənub Qaz Dəhlizinin Avropaseqmenti olan Transadriatik Boru Kəməri (TAP) indiyədək Aİölkələrinə 54,3 milyard kubmetrdən artıq qaz tədarük edərək,mənbələrin şaxələndirilməsinə və enerji təhlükəsizliyininmöhkəmləndirilməsinə mühüm töhfə vermişdir.
Trend-ə verdikləri müsahibədə Avropa Komissiyasınınnümayəndələri qeyd ediblər ki, TAP-ın inkişafı Avropanın enerjibazarlarının sabitliyini gücləndirmək və siyasi dalğalanmalarahəssas olan tədarüklərdən asılılığı azaltmaqla yanaşı iş yerlərininyaradılması və regional inteqrasiyanın dərinləşməsi hesabınaYunanıstan və İtaliya daxil olmaqla tranzit ölkələrin iqtisadiartımına da töhfə vermişdir.
Avropa İttifaqının 30 sentyabr 2027-ci ilədək Rusiya qazındantam imtina etmək qərarını, istisna hallarda müddətin 31 oktyabr2027-ci ilədək uzadıla bilməsi imkanını nəzərə alsaq, infrastrukturdəyişiklikləri və yeni təchizat marşrutları kritik əhəmiyyət kəsbedir. Xüsusilə, qəbul edilmiş tənzimləmə 2026-cı ilin yazındanetibarən Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasınınəzərdə tutur ki, bu da dayanıqlı alternativ mənbələrə olanehtiyacı daha da artırır. Bu kontekstdə Azərbaycan qazının Avstriyavə Almaniyaya tədarükü regional enerji strategiyalarının vəmənbələrin şaxələndirilməsinin sistem risklərinin azaldılmasınanecə töhfə verdiyini aydın şəkildə nümayiş etdirir.
Gələcəyə baxdıqda əsas məsələ yalnız tədarük həcmlərininsaxlanılması deyil, həm də enerji resursları uğrunda artan rəqabətvə dəyişən iqlim tələbləri şəraitində çevik və dayanıqlı təchizatıtəmin edə bilən infrastrukturun inkişafıdır. “WAG Loop”genişlənlənməsi kimi qərb marşrutlarının ötürücülük qabiliyyətininartırılması layihələri, eləcə də Avropa qaz nəqli şəbəkələrinininteqrasiyasının gücləndirilməsi enerji sabitliyinin təminedilməsində getdikcə daha mühüm rol oynayacaqdır. Orta müddətliperspektivdə bu, Azərbaycan və digər regionlardan olan qazınpayının artırılması üçün əlavə imkanlar aça, Mərkəzi və ŞərqiAvropa ölkələrinin enerji bazarındakı mövqelərini gücləndirəbilər.
Bu tendensiyalar fonunda aydın görünür ki, Azərbaycan təkcətədarük coğrafiyasını genişləndirmir, həm də sürətlə dəyişəngeosiyasi və bazar mühitinə uyğunlaşa bilən etibarlı enerjitəchizatçısı kimi Avropa istehlakçılarının Azərbaycana olanetimadını artırır. Yeni marşrutlar və tədarük həcmlərininartırılması Avropa enerji mənzərəsinin daha geniştransformasiyasının göstəricisidir - məhdud sayda tədarükçülərdənasılılıqdan daha şaxələndirilmiş, dayanıqlı və inteqrasiya olunmuştəchizat sisteminə keçid.