Bakı. Trend:
İranda son vaxtlarda baş verən iğtişaşlar nəticəsində bir neçəmin insan öldürülüb.
Trend-inməlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneibu gün (17 yanvar) Tehranda bir qrup İran vətəndaşı ilə görüşündədeyib.
“Ölkədə keçirilən dinc aksiyalar fitnəkarlar tərəfindəniğtişaşlara çevrilib və iğtişaşçılar ölkədə müxtəlif cinayətlərə əlatıblar”, - deyə o qeyd edib.
Xamenei bildirib ki, iğtişaşlar zamanı ölkədə 250-dən çox məsciddağıdılıb, 250-dən çox təhsil müəssisəsinə və sairə ictimai əmlaka,dövlət idarələrinə və sairəyə xəsarət vurulub.
İranın Ali Lideri İranda baş verən hadisələrə görə, qərbölkələrini qınayıb.
Xamenei ölkədə məkrli planlara son qoyulduğunu deyib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də,say haqda məlumat verilməyib.