Bakı. Trend:
Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotununaparılması qaydasında dəyişiklik edilib.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və yaelektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonraişçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əməkməzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayətetməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud birhissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdəişəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əməkməzuniyyətinə göndəriləcək.
Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növməzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və yaelektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasındaişəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.