AZ

Ukraynada hər hücumdan sonra elektrik təchizatının bərpası istiqamətində işlər görülür - Zelenski

Bakı. Trend:

Yanvarın 15-nə olan vəziyyətə görə, Ukraynada elektrik enerjisiistehlakı 18 QVt səviyyəsində olub, sistemin imkanları isə cəmi 11QVt-dan bir qədər çox təşkil edib.

Trend xəbər verir ki, bubarədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Hər zərbədən sonra bərpa işləri aparılır. Gündəlik rejimdətəkcə stansiyalar deyil, həm də idxalın artırılması üçün texnikiimkanlar bərpa olunur. Hər gün nəsə bərpa edilir”, - deyə o qeydedib.

Dövlət başçısı təhlükəsizlik səbəbindən konkret olaraq nəyin vəharada bərpa edildiyi barədə danışmayacağını da vurğulayıb.

Seçilən
126
az.trend.az

1Mənbələr