
Paytaxtda fəaliyyət göstərən Bonadea klinikasında xidmət keyfiyyəti ilə bağlı pasiyent narazılığı gündəmə gəlib.
"Qanun" Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu bu barədə sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, son üç gününü klinikada keçirməsinə baxmayaraq, yüksək səviyyədə təmir olunmuş, müasir texniki avadanlıqlarla təmin edilən binada göstərilən xidmət gözləntiləri doğrultmayıb.
Narazı pasiyent qeyd edib ki, Bonadea klinikası infrastruktur və qiymət baxımından Türkiyədə fəaliyyət göstərən Liv Hospital şəbəkəsi ilə eyni səviyyədə təqdim olunsa da, xidmət mədəniyyəti və pasiyentə münasibət baxımından ciddi fərqlər mövcuddur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta