Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər və əxlaq normalarına, milli-mənəvi dəyərlərə zidd məlumatların yayılması qadağan olunub.
“Müvəkkil Hüquq Mərkəzi”nin sədri, hüquqşünas Səməd Vəkilov QHT.az -a bildirib ki, süni intellektin, rəqəmsal texnologiyanın, sürətli inkişafı qanunvercilikdə dəyişiklikləri labüd edir. Bu dəyişikliklər əlbətdəki insanların şəxsi toxunulmazlığını təhlükəsizliyini təmin etməyə yönəlməlidir:
"Hesab edirəm ki, “İnformasiya” qanununa edilən son dəyişikliklərdə buna xidmət edir. Əlbəttə dəyişikliyin mahiyyətini anlamaq üçün hüquqi marifləndirməyə ehtiyac var. Edilən dəyişiklik informasiya azadlığının məhdudlaşdırılmasından yox, onun ictimai məsuliyyət çərçivəsində dəqiqləşdirilməsinə xidmət edir".