ABŞ Ukraynadakı müharibəni təcavüzü mükafatlandıracaq şəkildə bitirmək istəmir.
Bununla bağlı respublikaçı senator Lindsi Qrem X şəbəkəsində müvafiq açıqlama verib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “Ukraynadakı qanlı qırğını” “ləyaqətlə və ədalətlə” bitirmək istəyir ki, bu da əvvəlki prezidentlər Barak Obama və Co Baydenin əldə edə bilmədiyi bir şeydir.
“Sadəcə xatırlatmaq istəyirəm ki, Ukraynadakı qan tökülməsinə son qoymaq üçün hər hansı bir təhlükəsizlik razılaşması Konqres tərəfindən nəzərdən keçirilməlidir.
Mən detalları diqqətlə izləyirəm. Məqsəd bu dəfə gələcək işğalları dayandıracaq bir razılaşmaya çatmaqdır ki, Obama və Bayden bunu edə bilmədilər”, – Qrem yazıb.
Senator hesab edir ki, rus əsgərləri tezliklə Ukraynadan qovulmayacaq, lakin o, müharibənin təcavüzkarı mükafatlandırmayan bir şəkildə bitməli olduğunu iddia edib. “Mümkün ərazi mübadiləsi ilə bağlı: Mən realistəm və başa düşürəm ki, rus əsgərləri tezliklə Ukraynadan qovulmayacaq. Eyni zamanda, bu münaqişəni təcavüzü mükafatlandıracaq şəkildə bitirməməliyik”, – o əlavə edib.
//Samir Qurbanov, Editor.az