Bakı. Trend:
YARAT Müasir İncəsənət Mərkəzində YARAT Müasir İncəsənətMəktəbinin yeni mövsümünün açılışı baş tutub.
Trend xəbərverir ki, məktəbin üçüncü mövsümü kinematoqrafiyaya həsr olunub.Proqramın müəllifi və bədii rəhbəri kinorejissor, prodüser vəAvropa Film Akademiyasının üzvü Rüfət Həsənovdur. Proqramrejissorluq, ssenaristlik və prodüserlik sahələrinə maraq göstərəngənclər üçün nəzərdə tutulub. Proqrama 100-dən artıq müraciət daxilolub və iki mərhələli seçim prosesi yüksək rəqabət şəraitindəhəyata keçirilib. Nəticədə 20 iştirakçı YARAT Məktəbinin tələbəsiseçilib.
Müzakirələr yerli və xarici kino mütəxəssisləri tərəfindənaparılacaq və kursun yekunu olaraq bir neçə qısametrajlı filmistehsal ediləcək.