AZ

"Çakır"ın saxlanılması başına iş açdı - İşindən oldu

Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanılıb. Onlar məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisələrdən sonra Kaynarca açıqlama yayıb. O, məhkəmə-tibbi ekspertizasının nəticələrini ictimaiyyətlə paylaşacağını bildirib. 

Hadisələr fonunda  Oktay Kaynarcanın ATV kanalındakı işi diqqət çəkib. Kanal rəhbərliyinin "Kim Milyoner Olmaq İster" oyun şousunun aparıcısı olan Oktay Kaynarca ilə yollarını ayıracağı iddia edilib.

Aktyordan məsələ ilə bağlı açıqlama verməyib. 

Seçilən
18
1
unikal.az

2Mənbələr