AZ

Zoi Saldana ən çox gəlir gətirən aktrisadır

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Oskar" mükafatçısı, Hollivudun kino ulduzu Zoi Saldana məşhur Ceyms Kemeronun rejissoru olduğu "Avatar: alov və kül" filmi sayəsində bütün dövrlərdə kassaya ən çox pul gətirən kinoaktrisa adını qazanıb.

Reyting.az "Variety" nəşrinə istinadla bildirir ki, aktrisanın çəkildiyi filmlərin ümumi gəliri 15,47 milyard dollardan çoxdur. Bu siyahıya "Avatar: suyun yolu", "Qisasçılar: final" və "Qisasçılar: sonsuzluq müharibəsi" filmləri daxildir.

Dekabrda nümayişə çıxarılan "Avatar: alov və kül" ekran əsəri isə artıq bütün dünya üzrə 1,23 milyard dollar gəlir əldə edib və Saldananı siyahının zirvəsinə yüksəldib.

Aktrisa sosial şəbəkələrdə paylaşdığı videoda qazandığı bu uğurlarda əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, 2025-ci ildə Hollivudun kino ulduzları sırasında Zoi Saldana "Emiliya Peres" filmindəki roluna görə ikinci dərəcəli obrazı ilə diqqəti cəlb edib və “Ən yaxşı qadın rolu” nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Saldana bu nüfuzlu kino mükafatını alan ilk dominikan mənşəli amerikalı olub.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
reyting.az

1Mənbələr