AZ

Ruhuna fikir ver xəstələnməsin

Ruhuna fikir ver xəstələnməsin

Ey adam dinləsən məsləhət verim,
Sözümə diqqət etgərəkdir inan.
Qüdrət Allahındırözüdür kərim,
Yox artıq bunları dərk edibqanan.

Boş demə vicdana qınayar səni,
Tamahdır günaha “doğru-haqq” deyən.
Yəqin kidinləyib anladın məni,
Cəzasın çəkəcək haram mal yeyən.

 qədər dərdləri ciddiyə alsan,
Çökərək üstünə düyün bağlanar.
Keçmişə baxaraqgeriyə qalsan,
Bu gün  boş-boşa ürək dağlanar.

Düşüncən oyanıbsöndürə bağrı,
Eşqin alovundan istilənməsin.
Məlhəmin sevgidirnifrətin ağrı,
Ruhuna fikir ver xəstələnməsin.

                              Əziz Qənbərov

Seçilən
151
news365.az

1Mənbələr