"Çelsi"nin ulduz yarımmüdafiəçisi Entso Fernandes karyerasında yeni bir səhifə açmağı düşünür.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu Paris Sen-Jermen klubunun maraq dairəsinə düşdükdən sonra Londondakı gələcəyini ciddi şəkildə nəzərdən keçirir.
PSJ rəhbərliyi dünya çempionunu heyətə qatmaq üçün münasib şərait axtarır.
Entsonun komandadakı statusu və PSJ-nin ciddi marağı transferin yaxın vaxtlarda reallaşma ehtimalını artırır. Sözügedən oyunçunun özünün də Parisə köçməyə maraqlı olduğu bildirilir.
Qeyd edək ki, 24 yaşlı Fernandesin klubu ilə müqaviləsinin müddəti 2032-ci ilə qədər nəzərdə tutulub.
Kamil Xudiyev