AZ

​ATV Oktay Kaynarcanı işdən qovur

Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində istintaqa cəlb edilən tanınmış aktyor Oktay Kaynarca ciddi problemlə üzləşib. ATV-də efirə gedən "Kim Milyoner Olmak İster” verlişinin aparıcısı olan populyar aktyor telekanaldan uzaqlaşdırılır. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyənin aparıcı media orqanları çıxış edib. Türk mediasının yazdığına görə, məhkəmə qərarı ilə ölkədən çıxışına qadağa qoyulan Oktay Kaynarca ATV rəhbərliyinin “qara siiyahı”sına düşüb. Telekanal rəhbərliyi ictimai qınağı nəzərə alaraq aktyoru “Kim Milyoner Olmak İster” verlişinin aparıcılığından uzaqlaşdırmağa hazırlaşır.

Qeyd edək ki, “Kurtlar Vadisi” serialında yaratdığı Çakır obrazı ilə məşhurlaşan aktyor narkotik ittihamı ilə istintaqa cəlb olunduqdan sonra Türkiyyə cəmiyyətinin sərt təpkisiylə üzləşib.

Seçilən
41
metbuat.az

1Mənbələr