ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyaya səfəri zamanı iki alman siyasətçini qarışdırıb.
Globalinfo.az xəbər verir ki, Avropa diplomatiyasının səhbəri yanvarın 13-də Berlinə səfər edərək Almaniyanın müdafiə naziri Boris Pistorius və Bundestaqın Xarici əlaqələr komitəsinin sədri Armin Laşet ilə görüşüb.
Kalas görüşlə bağlı instaqramda paylaşım etsə də, fotonun şərh bölümündəki yazıda səhv edib və siyasətçilərin kim olduğunu qarışdırıb. Laşeti Pistorius, Pistoriusu isə Laşet kimi təqdim edib.
Qeyd edək ki, bu, alman siyasətçilərə qarşı ilk belə hadisə deyil. Belə ki, Pistoriusla Laşetin oxşarlığı uzun zamandır ki, sosial mediada da internet memləri üçün mövzu olub.
Aysel Əliyeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.