AZ

Simeonenin müqaviləsi uzadıldı

“Atletiko” hücumçu Culiano Simeoe ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu 2030-ci ilə qədər Madrid klubunun şərəfini qoruyacaq. Müqavilədə sərbəstqalma məbləği 500 milyon avro göstərilib.

Simeone 2019-cu ildən “Atletiko”nun akademiyasındadır. O, bu mövsüm İspaniya La Liqasında 18 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Culiano “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

 

Seçilən
38
msport.az

1Mənbələr