AZ

Zaxarova: Nə Rusiya, nə də Çin Qrenlandiyanı ələ keçirməyi planlaşdırmır

BAKI, 15 yanvar. TELEQRAF

Nə Rusiya, nə də Çin heç vaxt Qrenlandiyanın“ələ keçirilməsi ilə bağlı aqressiv planlar qurmayıb, tərəflər regionla münasibətlərin inkişafında maraqlıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Nə Rusiya, nə də Çin bu cür planlar barədə heç vaxt açıqlama verməyib. Bu kimi ittihamları hər hansı formada təsdiqləyə biləcək faktoloji məlumat mövcud deyil”,- deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, yanvarın 14-də ABŞ Prezidenti Donald TrampNATO və Danimarkayamüraciət edərək Rusiya və Çini Qrenlandiyadan çıxarmağı tələb edib.

Seçilən
74
teleqraf.com

1Mənbələr