AZ

Fransa Qrenlandiyaya əlavə qoşun göndərəcək

BAKI, 15 yanvar. TELEQRAF

Fransa yaxın günlərdə Qrenlandiyaya daha əvvəl ora göndərilmiş hərbçilər qrupunu gücləndirmək məqsədilə quru, dəniz və hava qüvvələri göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

“Fransız hərbçilərindən ibarət ilk qrup artıq ərazidədir və yaxın günlərdə quru, hava və dəniz qüvvələri ilə gücləndiriləcək”,- deyə Makron bildirib.

Qeyd edək ki, yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp amerikalıların milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyaya nəzarət etmək niyyətində olduqlarını bəyan edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr