AZ

Putin təhlükəsizlik arxitekturasının müzakirəsinin bərpasını təklif etdi

Rusiya Prezidenti Vladimir Putin səfirlərin etimadnaməsinin təqdim edilməsi mərasimindəki çıxışı zamanı Moskvanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı təşəbbüslərinin müzakirəsinə yenidən başlamağı təklif edib.

Teleqraf xəbər verir ki, tədbir Kremlin Telegram kanalında canlı yayımlanıb.

"Rusiya dəfələrlə Avropa və qlobal təhlükəsizlik üçün yeni, etibarlı və ədalətli bir arxitektura qurmaq təşəbbüsləri ilə çıxış edib", - Putin bildirib.

Prezidentin sözlərinə görə, Rusiya tərəfiABŞ-də, Avropada, Asiyada və bütün dünyada hər kəsi qane edə biləcək variantlar və rasional həllər təklif edib. O əlavə edib ki, beynəlxalq ictimaiyyət mümkün şərtləri müzakirə etmək üçün dialoqa qayıtmaq istəyir.

Putin Ukraynada sülh yolu ilə həllinmümkün qədər tez əldə edilməli olduğunu bildirib. O qeyd edib ki, sülh səy, məsuliyyət və şüurlu seçim tələb edir. Eyni zamanda, prezident beynəlxalq arenada vəziyyətin getdikcə pisləşdiyini diqqətə çatdırıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr