AZ

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq məsələləri müzakirə edildi

Bakı. Trend:

Yanvarın 15-də Nazirlər Kabinetində “İslam İnkişaf BankıQrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərindəkeçirilməsi” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasıkeçirilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazirin müavini, Təşkilat Komitəsinin sədriSamir Şərifov iclası açaraq Azərbaycan Respublikası Prezidentinin2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmışİslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarınıntəşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsasvəzifələri qeyd edib, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrəİllik Toplantılarının 16–19 iyun tarixlərində Bakı şəhərindəkeçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüməhəmiyyət daşıdığını vurğulayıb.

İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkiliüzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədəgörülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edənməsələlər, İllik Toplantıların keçiliməsinə dair Tədbirlər Planınınlayihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilmiş,müvafiq qərarlar qəbul olunub.

57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildə yaradılıb.Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddəşəhərində yerləşir.

Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildən Bankınüzvüdür.

Seçilən
26
20
az.trend.az

10Mənbələr