AZ

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

Yanvarın 15-də Nazirlər Kabinetində “İslam İnkişaf BankıQrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərindəkeçirilməsi” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasıkeçirilib.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifoviclası açaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişafBankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili iləbağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeydetmiş, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllikToplantılarının 16–19 iyun tarixlərində Bakı şəhərindəkeçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüməhəmiyyət daşıdığını vurğulamışdır.

İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkiliüzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədəgörülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edənməsələlər, İllik Toplantıların keçiliməsinə dair Tədbirlər Planınınlayihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilmiş,müvafiq qərarlar qəbul olunmuşdur.

57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildəyaradılmışdır. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı KrallığınınCiddə şəhərində yerləşir.

Azərbaycan Respublikası 1992-ci ildən Bankın üzvüdür.

Seçilən
46
16
az.trend.az

10Mənbələr