Paytaxtın Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan "Unikal"a verilən məlumata görə, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar 16.01.2026-cı il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.