Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi yanvar ayının 14-də 4 nəfər ermənini Ermənistana təhvil verib.
"Unikal" xəbər verir ki, bir sıra erməni KİV-ləri bu addımı Ermənistanın 2 nəfər Suriya vətəndaşını öz ölkəsinə ekstradisiya etməsi ilə əlaqələndirib. Guya onlar Qarabağda Ermənistana qarşı vuruşub.
Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə iddialara aydınlıq gətirib. O, sözügedən ermənilərin Ermənistana verilməsi ilə suriyalıların geri qaytarılmasının heç bir əlaqəsi olmadığını deyib: "İki hadisənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Biz Suriya Ərəb Respublikası ilə münasibətlərin inkişafı üzərində işləməyə davam edirik və ümid edirik ki, dostcasına yanaşmamız Suriyadakı erməni icmasına müsbət təsir göstərəcək".
Bununla da Paşinyan Azərbaycan tərəfindən suriyalı muzdluların guya vuruşması ilə bağlı dezindormasiyaları təkzib edib.
Ağarza Elçinoğlu