AZ

"Real"ın kapitanı üzr istədi

style='margin-bottom:10px;'>

"Real”ın kapitanı Dani Karvaxal İspaniya Kubokunun 1/8 finalında “Albasete”yə 2:3 hesabı ilə məğlubiyyəti şərh edib.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, ispan futbolçu bildirib ki, Madrid təmsilçisi hazırda tələb olunan səviyyədə deyil:

“Bu gün dibə vurduq. İkinci liqa təmsilçisinə uduzduq. Onları təbrik edirəm. Sabahdan etibarən həm fərdi, həm də kollektiv şəkildə özümüzü tənqid etməliyik. Mövsümdə hələ vəziyyəti düzəltmək üçün vaxt var. Qarşıda iki möhtəşəm turnir var və onlarda qələbə uğrunda mübarizə aparmalıyıq”.

Karvaxal azarkeşlərdən də üzr istəyib: “Azarkeşlərdən üzr istəyirik. Bu klubun tələb etdiyi səviyyəyə cavab vermirik. Yaxın aylarda hər matçda maksimum gücümüzü ortaya qoyacağımıza söz veririk”.

Qeyd edək ki, bu görüş “Real”ın Alvaro Arbeloanın rəhbərliyi altında keçirdiyi ilk oyun olub.

Seçilən
38
teleqraf.com

1Mənbələr