AZ

“Anglo Asian Mining” Azərbaycanda qızıl və mis hasilatını kəskin artırıb

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining plc” 2025-ci ildə şirkətin ümumi mis istehsalı 7 915 ton, qızıl istehsalı isə 25 061 unsiya olub.

Bankr.az bunu şirkətin hesabatına istinadən xəbər verir.

Belə ki, 2025-ci ilin təkcə son rübündə 4 439 ton mis istehsal edib ki, bu da əvvəlki rüblə müqayisədə 94% artım deməkdir. Bu artım “Gədəbəy” və “Dəmirli” mədənlərindən istehsalın yüksəlməsi ilə bağlıdır. Dördüncü rübdə satışlardan əldə olunan gəlir 57,3 mln. dollar, xalis pul axını isə 16,7 mln. dollar təşkil edib. İl sonuna xalis pul vəsaiti 2,5 mln. dollar olub.

Hesabatda qeyd edilir ki, “Gədəbəy”də ikinci filtr pres quraşdırılıb və fleytasiya zavodunda modernizasiya işləri başlayıb ki, bu da yüksək keyfiyyətli Gilar rudunun emalını artıracaq. Hal-hazırda “Gədəbəy”də 53 190 ton Gilar rudu yığılmış vəziyyətdədir, rudun tərkibi qızıl üçün 1,8 qram, mis üçün isə 3,58% təşkil edir.

2025-ci ilin yekun göstəricilərinə görə, “Dəmirli” mədənində texniki baxış işləri səbəbindən mis istehsalı proqnozdan bir qədər aşağı – 3 128 ton olub. Qızıl istehsalı isə proqnozun aşağı həddi ilə uyğunlaşaraq 25 061 unsiya təşkil edib. İlsonu dəyəri 2 457 ton mis konsentratını, tonuna 12 504 dollar dəyərində əhatə edib.

Şirkətin baş icraçı direktoru Reza Vaziri bildirib ki, 2025-ci il “Anglo Asian” üçün dönüş ili olub: “Gilar və “Dəmirli” mədənlərini istehsala daxil etməklə, əməliyyatlarımızı təkmilləşdirmək üçün davamlı investisiyalar etdik. “Dəmirli” mədənində texniki baxış səbəbindən mis istehsalında kiçik azalma olsa da, satışlar və metal qiymətləri bizi kompensasiya etdi. Xalis pul göstəricimiz ilsonu müsbət oldu ki, bu, maliyyə baxımından böyük uğurdur.”

Vaziri həmçinin 2026-cı il üçün ümidverici perspektivləri vurğulayıb və “Xarxar” və “Qaradağ” mis layihələrində irəliləyişləri gözlədiyini bildirib.

Seçilən
8
banker.az

1Mənbələr