Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyədə məşhurları hədəf alan narkotik araşdırması çərçivəsində milli voleybolçu Derya Çayırgan və daha 12 şübhəli saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.
Qeyd olunur ki, saxlanılan şəxslər İstanbul Ədliyyəsinə aparılıb.
Bununla yanaşı, istintaq çərçivəsində həbs olunan, sosial media fenomeni Rabia Karaca, voleybolçu Derya Çayırgan barəsində iddia irəli sürüb. Karacanın sözlərinə görə, Derya Çayırgan hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş meri Əkrəm İmamoğlunun sevgilisidir.
"15 nömrəli fotoda Derya Çayırganı tanıdım. Bu şəxs İmamoğlunun sevgilidir. O, yalnız İmamoğluna məxsus idi. Bizimlə heç bir əlaqəsi yox idi", - deyə Rabia ifadəsində qeyd edib.
Seymur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.