Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak əvvəlki açıqlamalarına baxmayaraq, cəbhəyə könüllü getmək üçün heç bir ərazi işə qəbul mərkəzləri (ƏİM) ilə əlaqə saxlamayıb.
"Unikal" xəbər verir ki, bu barədə ukraynalı millət vəkili Yaroslav Jeleznyak "Telegram" kanalında yazıb.
Deputat Yermakın cəbhəyə getməsi ilə bağlı Ukrayna Müdafiə Nazirliyi ilə sorğu göndərib və məlumatı dəqiqləşdirib.
"Sizə bildiririk ki, parlament müraciətinə baxıldığı vaxta qədər Ukrayna vətəndaşı Andriy Borisoviç Yermak səfərbərlik, xüsusi dövr və ya müqavilə üzrə könüllü olaraq hərbi xidmətə yazılmaq üçün heç bir ərazi işə qəbul və sosial dəstək mərkəzinə müraciət etməyib", - deyə deputat nazirliyin məlumatına istinadən yazıb.
Yermak korrupsiya istintaqının bir hissəsi olaraq aparılan axtarışlardan sonra 28 noyabr 2025-ci ildə işdən çıxarılıb. Ertəsi gün o, "New York Post" (NYP) qəzetinə verdiyi müsahibədə müharibə zonasına getmək niyyətini açıqlamışdı.
Gülayə Mecid