AZ

Naxçıvanda orta aylıq əmək haqqı 5%-dən çox artıb

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominaləməkhaqqı 812,6 manat təşkil edib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinəistinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,2%çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarınaəsasən, 2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin sayı 1,782 milyon nəfər olub, onlardan865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəriisə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilinmüvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkiledib.

Məqalədə:
Seçilən
72
3
az.trend.az

3Mənbələr