Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qax rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi VAZ-2115 markalı avtomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, S.Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının və şahidlərin bildirdiyinə əsasən hadisəyə səbəb xəstəlikdən əziyyət çəkən S.Əhmədovun səhhətinin qəflətən pisləşməsi ehtimal edilir.
"BDYPİ son vaxtlar bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Belə hallarla mübarizədə yaxın ətrafın rolu olduqca əhəmiyyətlidir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar.
Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək qəzanı birbaşa yolumuza "dəvət" etmək deməkdir! Qəzadan uzaq olaq", - müraciətdə qeyd edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.