AZ

Aİ diplomatiyasının rəhbərini istefa verməyə çağırırlar

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallasın Berlinə səfəri və bu ölkənin müdafiə naziri Boris Pistorius ilə görüşü Avropa mediasında yeni tənqidlərə səbəb olub.

Reyting.az xəbər verir ki, Almaniya mətbuatının yazdığına görə, estoniyalı siyasətçi getdikcə mövqelərini itirir və arxasız görünür.

Məqalədə iddia olunur ki, Kallas son vaxtlar mühüm tərəfdaşlarını itirir. Buna nümunə kimi ABŞ dövlət katibi Marko Rubio göstərilir.

Nəşr yazır ki, Rubio Kallasla ikitərəfli əlaqələrdən dəfələrlə imtina edib. Bu fonda Avropada onun istefası ilə bağlı çağırışların artdığı bildirilir.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
reyting.az

1Mənbələr