AZ

Danimarka xarici işlər naziri: ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır

Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Ağ Evdə ABŞ rəsmiləri ilə görüşdə Qrenlandiya ilə bağlı "Amerikanın mövqeyini dəyişdirə bilmədiklərini" bildirib.

Rasmussen Ağ Evdəki görüşlərindən sonra keçirilən mətbuat konfransında çıxış etdi.

Danimarka xarici işlər naziri dedi: "Bizim üçün Danimarka Krallığının ərazi bütövlüyünə və Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət etməyən fikirlər, əlbəttə ki, tamamilə qəbuledilməzdir".

"Amerikanın mövqeyini dəyişdirə bilmədiklərini" bildirən Rasmussen, həmkarlarına ABŞ prezidenti Donald Trampın "Qrenlandiyanı ələ keçirmək istəyinin" "açıq" olduğunu və bunun Danimarkanın maraqlarına zidd olduğunu "çox aydın" şəkildə bildirdiklərini söylədi.

Rasmussen, Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə birlikdə Vaşinqtonda ABŞ vitse-prezidenti JD Vance və dövlət katibi Marko Rubio ilə görüşdü və Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyini müzakirə etdi.

Trampın Qrenlandiya ilə bağlı açıqlamaları

Tramp ABŞ-ın "milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı olduğunu" və bunun "tikilən Qızıl Günbəz üçün həyati əhəmiyyət kəsb etdiyini" bildirmişdi.

Seçilən
87
kommersant.az

1Mənbələr