İngiltərə Çempionşip komandalarından "Lester Siti"nin müdafiəçisi Vaut Faes karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Monako" belçikalı futbolçunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi Liqa 1 təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Lester Siti" Vaut Faesi 2022-ci ilin yayında "Reyms"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Atletiko”nun futbolçusu Premyer Liqaya qayıdıb - RƏSMİ
Premyer Liqadan A Seriyasına
Yayda gəldi, qışda yola saldılar - Super Liqa klubunda ayrılıq
Fransada ilin ən yaxşı məşqçisi bəlli oldu
“Fənərbaxça” və “Qalatasaray” yarışda: "Yuventus"un futbolçusu uğrunda mübarizə