AZ

Dünya çempionu ​“Fənərbaxça”ya razılıq verdi

“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Nqolo Kantenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunu transfer etmək üçün hərəkətə keçib. İnsayder Florian Plettenberqin sözlərinə görə, futbolçu “Fənərbaxça”ya transfer olmaq üçün məvacibinin azaldılmasına razılıq verib. Fransız dünya çempionu "Fənərbaxça"nın layihəsinə razılıq verib. Danışıqların uğurlu davam etməsinə baxmayaraq, transfer hələlik yekunlaşmayıb.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ildə “Çelsi”dən "Əl-İttihad"a transfer olub.

Seçilən
24
metbuat.az

1Mənbələr